“Quba” heyətini yeni oyunçu ilə gücləndirib
13.09.2025 - 13:44
“Quba” heyətini yeni oyunçu ilə gücləndirib

"Quba" heyətinə yeni basketbolçu qatıb.

Apasport.az xəbər verir ki, ABŞ-dən olan Kristian Kuns komandaya transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Legioner daha əvvəl ölkəsində "Bransuik Komuniti Kolleci", "Çovan Universiteti", "Georgia Southvestern Universiteti" və "Bemidji Dövlət Universiteti"nin şərəfini qoruyub.