Rizvan Səfərov: "Bu, məndə əlavə məsuliyyət yaratmışdı"
06.04.2025 - 17:52
Rizvan Səfərov: "Bu, məndə əlavə məsuliyyət yaratmışdı"

"Gəncə"nin məşqçisi Rizvan Səfərov Azərbaycan Basketbol Liqası çərçivəsində "Sumqayıt"a qalib gəldikləri oyundan (94:92) sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, görüş barədə fikirlərini bildirib:

"Azərbaycan Basketbol Liqasının müntəzəm çempionatının 4-cü dövrəsində sonuncu oyunumuz idi. 3 cəzalı və 1 zədəli oyunçumuzun olmasına baxmayaraq, qələbə qazandıq. Baş məşqçimizin də cəzalı olması məndə əlavə məsuliyyət yaratmışdı. Sonuncu oyunumuz olsa da, evdə azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirdik. Komanda şəklində mübarizə apardıq. Azarkeşlərimizə təşəkkür edirəm. Qələbəmizdə pay sahibi oldular".