“Sabah” millimizin üzvünü heyətinə qatıb
02.09.2025 - 11:07
“Sabah” millimizin üzvünü heyətinə qatıb

“Sabah” heyətini yeniyetmə və perspektivli yerli basketbolçularla gücləndirməyə davam edir.

Apasport.az xəbər verir ki, komanda U-18 millimizin daha bir üzvünü transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2009 təvəllüdlü, 206 sm boya malik Emmanuel Agbasonla 2+1 müqavilə imzalanıb.