"Sabah"ın baş məşqçisi: "Son anda qələbəni əldən verdik"
10.10.2024 - 11:16
"Sabah"ın baş məşqçisi: "Son anda qələbəni əldən verdik"

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun ilk oyununda Belçika təmsilçisi “Spirou”ya uduzub.

Apasport.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis 81:82 hesabıyla bitən görüşü belə şərh edib:

“Qalib gələ bilərdik. Lakin son anda qələbəni əldən verdik. Onların heyəti daha genişdir. Rotasiya imkanları bizimlə müqayisədə daha çoxdur. Ev oyunlarımızda daha yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq”.

“Sabah” növbəti oyunu oktyabrın 16-da Yunanıstanın “Marussi” komandasına qarşı keçirəcək.

0