“Sabah”ın baş məşqçisi: “Sona kimi mübarizə apardıq”
12.03.2025 - 23:56
“Sabah”ın baş məşqçisi: “Sona kimi mübarizə apardıq”

"Komandaya iradım yoxdur. Bacardıqlarını etdilər".

Apasport.az xəbər verir ki, bunu "Sabah"ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis Azərbaycan kubokunun 1/4 finalında “Neftçi”yə 81:85 hesablı məğlubiyyəti şərh edib:

“Təbii ki, Endərin yoxluğu yerli oyunçu rotasiyası zamanı hiss olunurdu. Həm rotasiya, həm oyun planı baxımdan yeri görünürdü. Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir. Çünki rəqib də oyunu təhlil edib, səhvlərindən nəticə çıxarıb, daha yaxşı oynamağa çalışır. Sona kimi mübarizə apardıq. Növbəti oyunlarda yaxşı nəticə əldə etməyə çalışacağıq”.