“Sabah”ın oyunçusu Avropa Kubokunun tarixinə düşdü
10.10.2024 - 14:59
“Sabah”ın oyunçusu Avropa Kubokunun tarixinə düşdü

“Sabah”ın basketbolçusu Deandre Baldvin FIBA Avropa Kubokunun tarixinə düşüb.

Apasport.az xəbər verir ki, o, bir oyun ərzində 39 xal toplamaqla parketdə 76 faiz dəqiqlik nümayiş etdirən dördüncü basketbolçu kimi fərqlənib.

Baldvin statistik göstəricilərə əsasən, parketdə 43 effektivliyi ilə seçilib.

Qeyd edək ki, “Sabah” Avropa Kubokunun birinci oyununda Belçikanın “Spiru” komandasına uduzub – 81:82.

0