“Sabah”ın üzvü əməliyyat olunacaq
08.03.2025 - 18:56

“Sabah”ın basketbolçusu Endər Poladxanlının durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisinin kapitanının zədəsinin ciddi olduğu aşkarlanıb. Endər qarşıdakı günlərdə əməliyyat olunacaq.
Qeyd edək ki, Poladxanlı Azərbaycan Basketbol Liqasının XVII turunun “Neftçi” ilə bu gün keçirilən oyununda (105:77) dizindən zədələnib.
0
0