Səid İsmayılov: “Məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik”
21.10.2024 - 16:33
Səid İsmayılov: “Məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik”

"Oyuna istədiyimiz kimi başladıq".

Apasport.az xəbər verir ki, bunu “Ordu” klubunun basketbolçusu Səid İsmayılov komandanın “Sumqayıt”la oyundakı qələbəsi ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib. 

“Oyun yaxşı keçdi. İstədiyimiz kimi oyuna başladıq. Məşqçinin verdiyi bütün taktiki tapşırıqları yerinə yetirdik. Əsas məqsədimiz onların oyunçularını qaydanı pozmağa məcbur etmək idi ki, bunu da bacardıq. Oyunumuz da yaxşı alındı və nəticədə qalib gəldik. Hesab edirəm ki, yaxşı oyun keçirdim və komandama dəstək oldum".

Qeyd edək ki, "Ordu" səfərdə "Sumqayıt"ı qəbul edib - 80:103. 

0