“Şəki” pley-offa vəsiqə qazandı
06.04.2026 - 16:20
“Şəki” pley-offa vəsiqə qazandı

"Şəki" komandası Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi pley-in mərhələsinin ikinci oyununda "Quba" ilə üz-üzə gəlib.

Qarşılaşma "Şəki"nin qələbəsi ilə bitib - 120:77. İlk görüşdə də qalib gələn kollektiv (101:89) pley-offa yüksəlib.

Günün ikinci matçında "Sərhədçi" "Naxçıvan"la münasibətlərə aydınlıq gətirəcək. İlk oyunda naxçıvanlılar qalib gəlib - 98:87.