"Sərhədçi" "Xəzri"yə qarşı
05.05.2024 - 12:53
"Sərhədçi" "Xəzri"yə qarşı

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, sonuncu yarımfinalçı "Sərhədçi" və "Xəzri" arasındakı üçüncü matçda bəlli olacaq.

Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Seriyada hərəyə bir qələbə qazanan komandalar mübarizəni davam etdirmək üçün qalib gəlməyə çalışacaqlar.

Qeyd edək ki, bu duelin qalibi yarımfinalda NTD-İNDİQO ilə qarşılaşacaq. Digər cütdə isə “Xırdalan”la “Sabah” üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
1/4 final, 3-cü oyun
5 may
19:30. "Sərhədçi" – "Xəzri"

"Sərhədçi" İdman Mərkəzi
Seriyada hesab – 1:1

0