“Sərhədçi”nin basketbolçusu: “ Birlik olub növbəti mərhələyə yüksəlməliyik”
09.04.2025 - 18:25

“Kollektiv şəkildə düzgün oynamalıyıq”.
Apasport.az xəbər verir ki, bunu “Sərhədçi”nin basketbolçusu Antonio Uliyams deyib.
O, pley-in mərhələsində “Sumqayıt”a qarşı keçirəcəkləri matçlarla bağlı fikirlərini bölüşüb: “İki qələbə qazanan növbəti mərhələyə adlayır. Mən çox irəli baxmaq istəmirəm. Amma düşünürəm ki, əgər meydana çıxıb yaxşı komanda oyunu göstərsək, bizim üçün asan qələbələr olacaq. Müdafiədə inamlı oyun və rəqibi yaxşı tanımaq vacibdir. Birlik olub növbəti mərhələyə yüksəlməliyik”.
Qeyd edək ki, “Sumqayıt” – “Sərhədçi” matçı aprelin 11-də keçiriləcək.
0
0