Spanulis Yunanıstan yığmasında
01.10.2023 - 16:09
Basketbol üzrə Yunanıstan yığmasının yeni baş məşqçisinin müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, komandaya Vasilis Spanulis rəhbərlik edəcək.
Əfsanəvi basketbolçu bu vəzifədə İtudisi əvəzləyib. İtudis dünya çempionatındakı uğursuz nəticələrdən sonra komandanın baş məşqçisi vəzifəsindən getmək qərarı vermişdi. Spanilus Yunanıstan millisinə Paris-2024 Olimpiadasının sonuna kimi başçılıq edəcək.
Qeyd edək ki, Vasilis ötən mövsüm Yunanıstan çempionatında “Peristeri” klubuna rəhbərlik edib və komanda üçüncü yeri tutub.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0