"Sumqayıt" basketbol klubu baş məşqçisi Vadim Kuramşınla bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, "gənclik şəhər" təmsilçisi təcrübəli mütəxəssislə müqavilə müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, yeni mövsümdə də komandanın "sükanı arxası"nda olacaq.
Qeyd edək ki, Kuramşın "Sumqayıt" təsis edildiyi dövrdən komandada məşqçi kimi çalışır. O, ötən mövsümün gedişində baş məşqçi postuna gətirilib.
Kuramşının başçılığı altında "Sumqayıt" B qrupunu 4-cü sırada başa vurub. Pley-in seriyasında isə komandada "Sərhədçi"yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
- Millimiz Lüksemburqla qarşılaşacaq
- Azərbaycan millisi Lüksemburqa 12 oyunçu ilə yollandı
- Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar
- Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək
- “Neftçi” Dünya Seriyasında yarımfinalın bir addımlığında dayandı