“Sumqayıt”dan növbəti transfer
13.09.2025 - 13:15

"Sumqayıt" ABŞ-dən olan basketbolçu Tayris Devislə heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Tayris Devis ötən il Avstraliyada "Willeton Tigers" komandasında oynayıb.
0
0