“Sumqayıt”ın baş məşqçisi: “İdeal oynamasaq da, səliqəli çıxış etdik“
07.12.2024 - 20:39
“Sumqayıt”ın baş məşqçisi: “İdeal oynamasaq da, səliqəli çıxış etdik“

"Oyunçularımı mümkün qədər sakitləşdirib matça köklədim. Rəqibi yaxşı incələmişdik".

Apasport.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksandr Mixaylov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, ABL-nın V turunda “Gəncə”ni 85:79 hesabı ilə məğlub etdikləri oyunu şərh edib: “Bu qələbəni çoxdan gözləyirdik. Komandada müəyyən çatışmazlıqlar var. Rəqib 15 xal fərqi ilə öndə olsa da, uşaqlar əsl xarakter nümayiş etdirdilər. Bundan əvvəlki matçlarda 3-cü periodlarda problem yaşayırdıq, bu dəfə isə müqavimət göstərə bildik. İdeal oynamasaq da, səliqəli çıxış etdik. Uşaqlar tapşırıqlarımı yerinə yetirdi. Azarkeşlərimizə də ayrıca təşəkkür düşür. Hələ oyun başlamamışdan bizə yaxşı dəstək verdilər. Onlar bizi irəliyə səslədi. İnanın, bu oyunçuların meydanda gördüyü iş qədər vacib idi".

Qeyd edək ki, bu, “Sumqayıt”ın mövsümdə ilk qələbəsi, “Gəncə”nin isə ilk məğlubiyyəti olub.

0