Tahir Baxşıyev daha bir il NTD-də
01.09.2025 - 14:04
Tahir Baxşıyev daha bir il NTD-də

Tahir Baxşıyev yeni mövsümdə də NTD basketbol komandasının baş məşqçisi olacaq. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Onunla müqavilə müddəti uzadılıb. Baxşıyevin köməkçisi Şirin Məhərrəm təyin edilib. 

Qeyd edək ki, Tahir Baxşıyev 2012-ci ildən NTD-nin baş məşqçisidir.