Yannisdən 95 min dollarlıq iddia
18.10.2023 - 23:41
Ulduz basketbolçu Yannis Adetokunbo “Maree” şirkətinə dava açacaq.
Apasport.az saytı xəbər verir ki, səbəb onun şəkillərinin reklam çarxında istifadə olunmasıdır.
Yannisin iddiasına görə, kompaniya idmançının xəbəri olmadan bu addımı atıb. Çarpayı istehsalı ilə məşğul olan “Maree” şirkətinə 95 min dollarlıq iddia qaldırılacaq. Yunanıstanlı basketbolçu adı və şəkillərində reklamda istifadə olunmasını qadağan etmək niyyətindədir.
Qeyd edək ki, Adetokunbo 2021/22 mövsümündə "Miluoki"nin heyətində NBA çempionu olub.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0