
Bu gün Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsinə start veriləcək.
Apasport.az xəbər verir ki, turnirdə ölkəmiz də təmsil olunacaq.
2 gün davam edəcək yarışda mübarizəyə ilk olaraq Azərbaycanın kişilərdən ibarət millisi qatılacaq.
B qrupunda yer alan komandamız ev sahibləri və Malta ilə üz-üzə gələcək.
Avropa Kuboku
Təsnifat mərhələsi
7 iyun
21:45. Azərbaycan – Malta
23:35. Kosovo – Azərbaycan
Qeyd edək ki, qadınlardan ibarət millimiz də B qrupunda yer alıb və rəqibi Kosovo olacaq. Hər iki yarışda təsnifat mərhələsinin qalibləri Avropa Kubokunda iştirak hüququ qazanacaq.