Yığmamızın rəqibləri bəlli oldu
15.03.2025 - 12:48
Yığmamızın rəqibləri bəlli oldu

Azərbaycanda ilk dəfə keçiriləcək 3x3 basketbol üzrə Dünya kubokunun seçmə mərhələsinin qrupları və təqvimi bəlli olub.

Apasport.az xəbər verir ki, Azərbaycan millilərinin də rəqibləri müəyyənləşib.

Bakıda mübarizə aparacaq həm kişi, həm də qadın komandaları 2 qrupa bölünüb. Kişi basketbolçuların mübarizəsində Monteneqro, Ruanda və İran A, Azərbaycan, Kanada və Böyük Britaniya B qrupunda yer alıblar. Millimiz mayın 24-də saat 11:05-də şimali amerikalılar, ertəsi gün saat 12:55-də britaniyalılarla üz-üzə gələcək.

Qadınların yarışında isə Çili, Çin Taypeyi və Braziliya A, Azərbaycan, Latviya və Misir B qrupunda mübarizə aparacaq. Yığmamız mayın 24-də saat 10:15-də Afrika, ertəsi gün saat 12:05-də Baltikyanı ölkə təmsilçisi ilə qarşılaşacaq.

Qeyd edək ki, mayın 24-25-də keçiriləcək seçmə mərhələnin ən yaxşı 3 komanda Dünya kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.