Arda Güler matçın oyunçusu seçildi
23.10.2025 - 01:44
Çempionlar Liqasının üçüncü həftəsində "Real Madrid" doğma meydanda "Yuventus"u 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, İspaniya klubunda çıxış edən Arda Güler matçın adamı seçilib.
Matçda 7 açar ötürmə edən və 0.55 assist gözləntisi ilə oynayan Arda, 71 ötürmədən 69-da dəqiq olub. 5 dəqiq mərkəzi ötürmə edən 20 yaşlı ulduz, 6 uzaq ötürmə cəhdinin hamısında uğurlu olub.
Matçın futbolçusu seçilən Güler, oyunun sonunda mükafatlandırılıb.
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB
0
0