"Arsenal" və "Liverpul"un sabiq futbolçusu müflis elan edildi
02.01.2023 - 21:21
Birminqem Rayon Məhkəməsi "Liverpul"un sabiq yarımmüdafiəçisi Cermeyn Penantı müflis elan edib.
Apasport.az xəbər verir ki, ipoteka ödənişlərini ödəməməsi də daxil olmaqla Penantın 1 milyon funt-sterlinq borcu var.
39 yaşlı Penantın əmlakının müsadirə olunacağı bildirilir.
Qeyd edək ki, Cermeyn Penant “Arsenal”, “Birminqem”, “Stok Siti” klublarında da oynaması ilə tanınır. O, İngiltərənin gənclər yığmasında çıxış edib.
- “Malmö”nün baş məşqçisi: “Qarabağ” “Sparta” və “Reyncers”dən güclü komandadır”
- “Malmö”nün futbolçusu: “Bura əminliklə gəlmişik”
- Çempionlar Liqası: “Borussiya”dan darmadağın, "Arsenal” PSJ-ni məğlub etdi - YENİLƏNİB
- Avropa Liqası: "Qarabağ"ın legioneri liderdir
- Millimizin üzvlərinin rəqibləri bəlli oldu
0
0