Avropa Liqası: "Qarabağ"ın legioneri liderdir
28.09.2024 - 13:58
Avropa Liqası: "Qarabağ"ın legioneri liderdir

UEFA Avropa Liqasının I turundan sonra statistik göstəriciləri açıqlayıb.

Apasport.az xəbər verir ki, yarışda ən çox künc zərbəsi yerinə yetirən futbolçular sırasında "Qarabağ"ın oyunçusu da yer alıb.

"Qarabağ"ın legioneri Yassin Benzia bu göstəricidə TOP-5-in lideridir. 30 yaşlı yarımmüdafiəçi turnirin əsas mərhələsində 7 dəfə korner yerinə yetirib. Bu, "Tottenhem"lə Londondakı görüşdə baş verib.

"Mançester Yunayted"dən Kristian Eriksen də 7 dəfə künc zərbəsi yerinə yetirib. O, siyahıda 2-ci qeyd olunub. 

"Qalatasaray"dan Dris Mertens (6), "Mityülland"dan Dario Osorio (6) və "Hoffenhaym"dan Tom Bişof (5) sonrakı yerləri tutublar.

Qeyd edək ki, "Totennhem" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunklaşıb

0