
Türkiyə Super Liqasının V turunda keçirilməsi planlaşdırılan “Fənərbaxça” – “Trabzonspor” qarşılaşmasının başlama saatı dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Matç əvvəlcədən nəzərdə tutulduğu kimi saat 21:00-da yox, 20:00-da start götürəcək.
Dəyişikliyə səbəb Türkiyənin basketbol millisinin Avropa çempionatındakı final görüşünün həmin vaxta təsadüf etməsidir.
Qeyd edək ki, “ay-ulduzlular” sentyabrın 14-də keçiriləcək qitə çempionatının finalında Almaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.