Yığmamız Avropa çempionatının yarımfinalında uduzub
13.09.2025 - 15:13
Yığmamız Avropa çempionatının yarımfinalında uduzub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-də (EBSL) növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, millimiz turnirin yarımfinalında Rumıniya yığması ilə qarşılaşıb.

İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. 

Millimizin heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev bir vurub.

Azərbaycan millisi 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq