UEFA-dan tarixi qərar: SLOVAKİYA DA ÇEMPİON ELAN EDİLDİ
12.09.2025 - 16:40
UEFA-dan tarixi qərar: SLOVAKİYA DA ÇEMPİON ELAN EDİLDİ

UEFA Avropa çempionatının qalibləri siyahısında dəyişiklik edib.

Apasport.az xəbər verir ki, Qurum, ölkənin dağılmasından 33 il sonra, Çexoslovakiyanın 1976-cı ildə qazandığı Avropa çempionluğuna görə Çexiyadan sonra Slovakiyanı da Avropa çempionu elan edib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Çexoslavakiya həmin turnirin finalında Qərbi Almaniyanı əsas hissəsi 2:2 bitən matçın penaltilər seriyasında 5:3 hesabı ilə məğlub etmişdi.