“Siti”dən yeni transfer - RƏSMİ
11.07.2026 - 14:37
"Mançester Siti" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub "Lester Siti"dən Ceremi Monqanı transfer edib.
Bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
"Mançester Siti" ingiltərəli futbolçu üçün 15 milyon avro təzminat ödəyib. 17 yaşlı ön xətt oyunçusu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Monqa "Lester Siti"nin yetirməsidir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0