Asim Xudiyev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
13.11.2026 - 17:16
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə beynəlxalq oyuna təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Belarus - Albaniya matçında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, qarşılaşma noyabrın 15-də Macarıstanın paytaxtı Budapeştdə yerləşən "İllovski Rudolf" stadionunda baş tutacaq.
0
0