Azərbaycan yığması səfərdə qələbə qazanıb
17.11.2026 - 21:44
Azərbaycan yığması səfərdə qələbə qazanıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, komanda Farer adalarının müvafiq yaş qrupundan olan kollektivi ilə qarşılaşıb.

Yığmamız səfərdə 2:0 hesablı qələbə qazanıb. Komandamızın qollarını 16-cı dəqiqədə Ümid Səlimov və 67-ci dəqiqədə penalti zərbəsindən Mustafa Kamara vurub.

Qeyd edək ki, U-19 əvvəlki matçlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə uduzub.