Çempionlar Liqası: Rafinya Messinin rekordunu qırıb
10.04.2025 - 10:19
Çempionlar Liqası: Rafinya Messinin rekordunu qırıb

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, 2025-ci ildən bəri heç bir matçda məğlub olmayan "Barselona" "Borussiya"nı (4:0) məğlub edərək yarımfinala doğru mühüm addım atıb.

Kataloniya klubunun futbolçusu Rafinya dortmundlularla matçda adını tarixə yazdırıb. 

Braziliyalı qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə edərək bu mövsüm Çempionlar Liqasında 19 qolun vurulmasında pay sahibi olub. 

Bu mövsüm Çempionlar Liqasında 12 qol vuran və 7 məhsuldar ötürmə edən braziliyalı ulduz Lionel Messidən (2011-12) sonra Avropanın ən nüfuzlu turnirinin bir mövsümündə ən çox qol vuran ilk "Barselona" oyunçusu oldu.