Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi
09.05.2025 - 09:56
Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu üçün səsvermə başa çatıb.

Apasport.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, mükafatı “İnter”in qapıçısı Yann Sommer alıb.

Sommer səsvermədə PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb. 

“Barselona” ilə yarımfinal mərhələsinin cavab oyununda (4:3) isveçrəli qolkiper 7 seyv edib.

Xatırladaq ki, Çempionlar Liqasının finalında "İnter" və PSJ üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Münhendəki stadionda baş tutacaq.