ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər
15.02.2024 - 12:10
ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Apasport.az xəbər verir ki, namizədlər sırasında  Brahim DiaS ("Real"), Matteo Qenduzi ("Latsio"), Kilian Mbappe (PSJ) və Kevin De Brüyne ("Mançester Siti") yer alıb.

Qalib qurumun saytında futbolsevərlər arasında keçirilən səsvermədə müəyyənləşəcək.

Qeyd edək ki, ÇL-in 1/8 finalının daha 4 matçı gələn həftə oynanılacaq.

0