ÇL: “Real Madrid” – “Yuventus” oyununda türkiyəli kapitan
22.10.2025 - 18:45
ÇL: “Real Madrid” – “Yuventus” oyununda türkiyəli kapitan

Türkiyə millisinin üzvü Kenan Yıldızın çıxış etdiyi "Yuventus" Çempionlar Liqasında bu axşam türkiyəli futbolçu Arda Gülərin oynadığı "Real Madrid"in qonağı olacaq. 

Apasport.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, Kenan Yıldız "Real Madrid" - "Yuventus" matçına kapitan olaraq çıxacaq. 

Yıldız daha əvvəl A Seriyasının 4-cü həftəsində "Hellas Verona" ilə səfər oyununda Manuel Lokatellinin əvəzlənməsindən sonra kapitanlıq sarğısını taxmışdı. 

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsində baş tutacaq "türklərin derbisi" bu gün saat 23:00-da start götürəcək.