DÇ-26: Braziliya Yaponiya sınağında – Heyətlər - YENİLƏNİR
29.06.2026 - 19:48
DÇ-26: Braziliya Yaponiya sınağında – Heyətlər  - YENİLƏNİR

2026-cı il dünya çempionatında bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, pley-off mərhələsində Braziliya və Yaponiya milliləri üz-üzə gələcək.

Qarşılaşma ABŞ-ın Hyuston şəhərindəki “Hyuston Stadionu”nda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu cütün qalibi 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, oyun FIFA-nın rəsmi təqviminə əsasən iyunun 29-da keçiriləcək.

DÇ-2026
1/16 final
29 iyun

21:00. Braziliya – Yaponiya

Braziliya: Alisson, Danilo, Markinyos, Qabriel, Duqlas Santos, Bruno Gimarayeş, Kazemiro, Lukas Paketa, Rayan, Kunya, Vinisius Junior

Yaponiya: Suzuki, İto, Taniquçi, Tomiyasu, Nakamura, Kamada, Sano, Doan, Maeda, İto, Ueda