2026-cı il dünya çempionatında F qrupunun II turunda növbəti oyun keçirilir.
Apasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından birində Niderland millisi İsveçlə üz-üzə gəlir.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Niderland ilk hissəni Brobbinin dublu ilə öndə tamamlayıb: 2:0.
İkinci hissəyə də qolla başlayan "narıncı"lar Kodi Qakponun qoluyla hesabı 3:0 edib. 48-ci dəqiqədə fərqlənən Qakpo 6 dəqiqə sonra özünün 2-ci, komandasının 4-cü qolunu vurub.
Qeyd edək ki, F qrupunun digər oyununda Tunis və Yaponiya milliləri qarşılaşacaq.
Dünya çempionatı
F qrupu, II tur
20 iyun
21:00. Niderland - İsveç 4:0
Qol: B. Brobbi, 6, 17, K, Qakpo, 48, 54
Niderland: Verbruggen, Dumfris, Van Hekke, Van Deyk, Van de Ven, Qravenberx, De Yonq, Reynders, Malen, Brobbi, Qakpo
İsveç: Nordfeldt, Lindelöf, Hien, Lagerbyelke, Qudmundsson, Ayari, Niqren, Bernhardsson, Karlström, İsak, Gyökeres