DÇ-nin bütün matçlarını izləmiş jurnalist rekordlar kitabına salınmadı
11.12.2022 - 19:20
DÇ-nin bütün matçlarını izləmiş jurnalist rekordlar kitabına salınmadı

Futbol üzrə dünya çempionatında bütün matçları stadiondan izləmiş rusiyalı jurnalist və şərhçi Timur Juravel "Ginnesin rekordlar kitabı"na düşə bilməyib.

Apasport.az xəbər verir ki, jurnalist "yutub" səhifəsində paylaşım edərək buna Rusiya vətəndaşı olmasının mane olduğunu bildirib.

Belə ki, qeyd olunub ki, Rusiya və Belarusla bütün əlaqələr müəyyən müddətə kəsildiyi üçün istək qəbul oluna bilməz.

0