Əliyar Ağayev Gürcüstan millisinin matçında
28.09.2026 - 10:37
FIFA referesi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Apasport.az xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Gürcüstan - Ukrayna oyununu idarə edəcək.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. İnqilab Məmmədov isə videoköməkçi hakim kimi fəaliyyət göstərəcək.
Görüş sentyabrın 28-də Tbilisidə yerləşən “Dinamo Arena”da keçiriləcək.
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- ML: Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qalib gəlib - YENİLƏNİB
- Azərbaycan millisi Litva ilə bacarmadı - YENİLƏNİB
- Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Macarıstan – Ukrayna matçı kütləvi dava ilə bitdi - VİDEO
0
0