“İfaçıların ustalığı sözünü deyəcək” – Yeqor Titovun PROQNOZu
04.06.2022 - 12:14
“İfaçıların ustalığı sözünü deyəcək” – Yeqor Titovun PROQNOZu

Bu gün Millətlər Liqasının “Ölüm qrupu”nda Macarıstan İngiltərəni qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, Rusiya millisinin və “Spartak”ın sabiq kapitanı Yeqor Titov bu görüşə proqnoz verib.

Futbol eksperti Almaniya və İtaliya yığmalarının da yer aldığı qrupun ən zəifi hesab edilən Macarıstanın ilk turda da şanssız sayır:

İngiltərə yüksəlişdədir, dünya çempionatında medalın, AVRO-2020-də çempionluğun bir addımlığında olub. Bir az alınmayıb. Amma indi bu komanda top-yığmadır və qarşıdakı bütün turnirlərin favoritləri sırasında yer alacaq.

Macarıstan son Avropa çempionatının bəzi oyunlarında ulduz saatı yaşadı. Onlar xüsusilə də öz azarkeşləri önündə Fransa ilə matçda bunu göstərdi. Döyüşkən, xarakterli komandadır.

Amma burada ustalıqdakı fərq çox böyükdür. Bu rəqiblər az əvvəl DÇ-2022-nin seçmə mərhələsində də görüşüblər. İngiltərə səfərdə 4:0 hesabı ilə qalib gəlib. Düzdür, sonra İngiltərədə rəqiblər 1:1 hesablı heç-heçə edib. Ancaq həmin qarşılaşma heç nəyi həll edə bilmirdi.

Mən sadəcə olaraq İngiltərənin qələbəsinə qoyuluş edərdim. Düzdür, əmsal çox aşağıdır. Macarıstandakı azarkeşlər bəzən möcüzələr edir. Onlar komandalarını gücünün 200 faizini meydanda qoymağa vadar etmək iqtidarındadır. Bu üzdən fora ilə qələbəyə üstünlük vermirəm. İngiltərə hansısa qələbəni əldə edəcək. İfaçıların ustalığı yekunda sözünü deyəcək.

Proqnozum: 2
 

0