39 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı
28.06.2024 - 20:21
39 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

İspaniyanın "Real Ovyedo" klubu müqaviləsi başa çatan Santi Kazorla ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, II La Liqa təmsilçisi 39 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan futbolçu 2024/2025 mövsümünün sonuna kimi komandada qalacaq.

Qeyd edək ki, Santi Kazorla ötən mövsüm "Real Ovyedo"nun heyətində meydana çıxdığı 26 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.

0