“Barselona”dan “Palmeyras”a - RƏSMİ
01.03.2025 - 00:21
“Barselona”dan “Palmeyras”a - RƏSMİ

"Barselona"nın hücumçusu Vitor Rokenin yeni klubu rəsmiləşib.

Apasport.az xəbər verir ki, o, "Palmeyras"a keçib.

Bunu klubların mətbuat xidmətləri açıqlayıb.

20 yaşlı hücumçu ilə 2029-cu ilin sonunda kimi müqavilə imzalanıb.

Braziliya təmsilçisi Roke üçün 25 milyon avro ödəyəcək. Həmçinin 4,5 milyon bonus da nəzərdə tutulub.

Qeyd edək ki, Vitor ötən ilin yayında "Barselona"ya transfer olunub.