Azərbaycanda İspaniyanın "Barselona" klubunun futbol akademiyası yaradılacaq.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Barselona" klubunun prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib.
Görüşdə Azərbaycanda "Barselona" futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə iş adamı Adnan Əhmədzadə və AFFA-nın prezidenti Rövşən Nəcəf iştirak ediblər.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım