"Gəncə" UNEC-i məğlub etdi
01.03.2025 - 15:55
"Gəncə" UNEC-i məğlub etdi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura start verilib.

Apasport.az xəbər verir ki, turun ilk matçında "Gəncə" UNEC-i qəbul edib. 

Görüş gəncəlilərin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:4, 25:15, 25:8).

Qeyd edək ki, XIV turun digər oyunları martın 4-də keçiriləcək.