İslandiya millisinin kapitanı: “Azərbaycan yığması ilk görüşdən sonra…”
12.11.2025 - 17:18
İslandiya millisinin kapitanı: “Azərbaycan yığması ilk görüşdən sonra…”

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda İslandiya ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, qonaqların kapitanı Hakon Arnar Haraldsson qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı jurnaliatlərin suallarını cavablandırıb.

"Bizim üçün çox vacib oyundur. Pley-off şanslarımızı saxlamaq üçün yaxşı nəticə qazanmalıyıq. Son matçımız Ukraynaya qarşı olacaq. Səbirsizliklə həmin oyunu gözləyirik. Bakı gözəl şəhərdir. İlk dəfədir buradayam".

- İlk matçdakı 5:0 hesablı qələbə sizin üçün arxayınlaşmaq baxımından təhlükəli ola bilər? 
- Xeyr, qətiyyən ola bilməz. Azərbaycan millisi ilk oyundan sonra kifayət qədər inkişaf edib. Sabahkı matçda çox çətin mübarizə olacaq. Burada heç bir motivasiya əskikliyindən söhbət gedə bilməz. Sabah bizi çətin rəqib və çətin oyun gözləyir.