İspaniya finalda Portuqaliyanın rəqibi oldu - YENİLƏNİB
06.06.2025 - 00:54

Bu gün UEFA Millətlər Liqasında finalın adı bəlli olub.
Apasport.az xəbər verir ki, yarımfinalda İspaniya yığması Fransa ilə qarşılaşıb.
Görüşə saat 23:00-da start verilib. Matçı Maykl Oliver idarə edib.
Gərgin keçən matçda azarkeşlər 9 qola şahidlik ediblər. İspaniya millisi rəqibini 5:4 hesabı ilə məğlub edərək adını final mərhələsinə yazdırıb və Portuqaliyanın rəqibi olub.
Millətlər Liqası
5 iyun
23:00. İspaniya - Fransa 5:4
Baş hakim: Maykl Oliver (İngiltərə)
Ştutqart, "MHP Arena"
Qeyd edə ki, cütün qalibi finalda Portuqaliya millisi ilə qarşılaşacaq.
1
0