UEFA Çempionlar Liqasının V turu çərçivəsində “Qalatasaray” öz meydanında “Union”u qəbul edib.
Apasport.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyunda sevinən tərəf qonaqlar olub.
Belçika təmsilçisi qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb. Matçın yeganə qolunu 57-ci dəqiqədə Promise Akinpelu vurub.
“Sarı-qırmızılılar”ın heyətində Arda Ünyay 89-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra üç oyundur qələbə qazanan “Qalatasaray” ilk dəfə xal itirib və 9 xalda qalıb. “Union” isə xallarının sayını 6-ya yüksəldib.
Qeyd edək ki, İstanbul təmsilçisi növbəti turda səfərdə “Monako” ilə qarşılaşacaq.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”