İsveç millisinin baş məşqçisi istefa verib
15.10.2025 - 00:16
İsveç Futbol Federasiyası milli komandanın baş məşqçisi Yon Dal Tomassonla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
Danimarkalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
49 yaşlı baş məşqçi ötən ilin mart ayından İsveç yığmasına rəhbərlik edirdi.
Qeyd edək ki, İsveç millisi DÇ-2026-nın seçmə mərhələsində 4 turdan sonra cəmi 1 xal toplayaraq qrupun son pilləsində qərarlaşıb.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”
0
0