Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinalda - YENİLƏNİB
18.04.2025 - 01:42
Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinalda - YENİLƏNİB

UEFA Konfrans Liqasında yarımfinalçılar müəyyənləşib.

Apasport.az xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu gün keçirilib.

“Fiorentina” doğma meydanda “Sele” ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə nəticələnib. Bununla da, İtaliya təmsilçisi yarımfinala yüksəlib.

“Betis” Polşada “Yagelloniya” ilə görüşüb. Ümumi hesabda rəqibini üstələyən ispaniyalılar yarımfinala vəsiqə qazanıb.

“Çelsi” “Legiya” ilə üz-üzə gəlib. İngiltərə təmsilçisi məğlub olsa da, adını növbəti mərhələyə yazdırıb.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab görüşləri

20:45. “Fiorentina” - “Sele” 2:2

İlk oyun - 2:1.

20:45. “Yagelloniya” - “Betis” 1:1

İlk oyun - 0:2.

23:00. “Çelsi” - “Legiya” 1:2

İlk oyun - 3:0.

23:00. “Rapid” - “Yurqorden” 1:4

İlk oyun - 1:0.