"Latsio" "Bavariya"nı, PSJ "Real Sosyedad"ı məğlub etdi - YENİLƏNİB
15.02.2024 - 01:54
"Latsio" "Bavariya"nı, PSJ "Real Sosyedad"ı məğlub etdi - YENİLƏNİB

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

PSJ "Real Sosyedad"ı qəbul edib. Paris təmsilçisi ilk görüşdən qalibiyyətlə ayrılıb: 2:0.

"Bavariya" isə Romada "Latsio" önünə çıxıb. Son vaxtlar işləri qaydasında getməyən alman təmsilçisi "Latsio"ya da boyun əyib: 1:0

Qeyd edək ki, cavab qarşılaşmaları martın 6-da keçiriləcək. 

UEFA Çempionlar Liqası

1/8 final
İlk oyunlar

00:00 PSJ (Fransa) - "Real Sosyedad" (İspaniya) 2:0

Qol: Mbappe, 58, Barkola, 71
Baş hakim: Marko Quida (İtaliya)

00:00 "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) 1:0

Qol: İmmobile, 69 (penalti) 
Baş hakim: Fransua Leteksye (Fransa)

0