Lukakudan dünya çempionatı rekordu - Bunu bacaran ilk futbolçu oldu
07.07.2026 - 16:55
Belçika millisinin hücumçusu Romelu Lukaku dünya çempionatları tarixində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 33 yaşlı forvard DÇ-2026-nın 1/8 finalında ABŞ-a qarşı keçirilən matçda fərqlənib.
Lukaku komandasının 4:1 hesablı qələbə qazandığı görüşdə qollardan birinin müəllifi olub.
O, dünya çempionatları tarixində bir turnirin 4 fərqli oyununda meydana sonradan daxil olaraq qol vuran ilk futbolçu olub.
Qeyd edək ki, Lukaku cari mundialda daha əvvəl qrup mərhələsində Yeni Zelandiyaya qarşı matçda, həmçinin 1/16 finalda Seneqalla görüşdə də fərqlənmişdi.
0
0