"Mançester Siti" və "Real" sensasiyaya imkan vermədi
14.02.2024 - 01:57
"Mançester Siti" və "Real" sensasiyaya imkan vermədi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb.

Apasport.az xəbər verir ki, bu gün iki matç baş tutub.

Turnirin favoritləri sayılan “Mançester Siti” ilə “Real” səfər oyununa çıxıb. İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olub. Görüş "şəhərlilər"in qələbəsi ilə nəticələnib - 3:1.

“Real” isə Almaniyada “Leypsiq”lə qarşılaşıb. "Kral klubu" səfərdən minimalhesablı üstünlüklə ayrılıb - 1:0.

Komandalar arasında cavab oyunları martın 6-da baş tutacaq.

Çempionlar Liqası

1/8 final

İlk oyunlar

13 fevral

00:00. "Kopenhagen" (Danimarka) – "Mançester Siti" (İngiltərə) 1:3
Qollar: Maqnus Mattson, 34 - Kevin De Breyne, 10, Bernardo Silva, 45+1, Fil Foden, 90+2
Baş hakim: Xose Maria Martines (İspaniya).

Kopenhagen, “Parken” stadionu

00:00."Leypsiq" (Almaniya) – "Real" (İspaniya) 0:1
Qol:
Brahim Diaz, 48
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).

Leyptsiq, “RB Arena”

0