Mbappe ən yaxşı seçildi
08.03.2024 - 20:29

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb.
O, “Real Sosyedad”la 1/8 finalın cavab matçında dubla imza atıb. Ulduz futbolçu həftənin oyunçusu nominasiyasında Harri Keyn (“Bavariya”), Manuel Akanji (“Mançester Siti”), Villi Orbanı (“Leypsiq”) qabaqlayıb.
Qeyd edək ki, Mbappe Çempionlar Liqasında 2023/2024 mövsümündə 8 oyunda 6 qol vurub.
- ÇL: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya rəqib oldu - YENİLƏNİB
- Konfrans Liqası: “Betis” və “Panatinaikos” 1/8 finalda - YENİLƏNİB
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
0
0